izolyasiya işləri - FENIX - İNŞAATA FƏRQLİ YANAŞMA

MENYU
AZ  EN  RU
Title
Go to content
HƏR NÖV İZOLYASIYA İŞLƏRİ
Hidro izolyasiya:

Tikililərə zərər verən ən önəmli faktor sudur. Yağış və qar suları, torpağın nəmi, tikilinin inşa edildiyi zəmindəki yeraltı sular, hamam və tualet suları binalarmızım və evlərimizin skletini təşkil edən dəmirlərin paslanmasına, betonun çürüməsinə və çatlamasına, bakteriya və küf əmələ gəlməsinə və dammaya səbəb ola bilir.
Hidro izolyasiya işləri suyun tikililərə bu cür mənfi təsirinin qarşısını almağa imkan verir. Şirkətimiz hidro izolyasiya işlərini aşağıdakı materiallarla həyata keçirir:

  • Bitum əsaslı membran.
  • Bitum sürtmə materialları.
  • Sement və akril əsaslı sürtmə materialları.
  • Poliüretan və poliaspatik əsaslı membran sistemləri.
  • PVC membran sistemləri.
  • Poliüreya çiləmə sistemləri.

Termo izolyasiya:

Termo izolyasiya binalarımızı və evlərimizi qışda kəskin soyuqdan və yayda kəskin istilərdən qorumaq üçün çox vacibdir. Termo izolyasiya qışda evlərimizi isitmək üçün, yayda isə sərinlətmək üçün istifadə etdiyimiz təbii qaza və elektrik enerjisinə qənaət etməyə imkan verir. Şirkətimiz termo izolyasiya işlərini aşağıdakı materiallarla həyata keçirir:

  • EPS penoplastı ilə mantolama.
  • XPS penoplastı ilə mantolama.
  • Daş yunu (rockwool) ilə mantolama.

Daha geniş informasiya almaq üçün bizimlə əlaqə saxlaya və ya bizə yaza bilərsiz.
fenix
Back to content